Milli komandanı faciədən Arda Turan xilas edib

15.10.2015 10:58     Sport reaksiya     2443

Selçuk İnanın həlledici qolundan sonra Türkiyə millisi komanda halında meydançada öz sahələrinə toplaşaraq sevinc hissləri yaşayıb. Bu zaman isə komanda Arda Turanın sayəsində böyük bir faciədən dönüb.

Reaksiya.az xəbər verir ki, Selçuk atdığı möcüzə qoldan sonra qaça-qaça özlərinə aid olan sahəyə gedib və qol sevincini burada oyunçularla və ehtiyatda oturanlarla birlikdə bölüşüb. Amma ortada kiçik bir problem yaşanıb.

Belə ki, normal şərtlərdə hakim bu anda İslandiya oyunçularına matça başlamaq göstərişi verə bilərdi. Hadisənin fərqinə varan Olcay Şahan yoldaşlarını xəbərdar etməyə çalışsa da heç kəs onu anlamayıb. Daha sonra izdihamın içindən çıxan Arda Turan qaçaraq rəqib sahəyə keçib və hakimin matçı başlamasına mane olub.

Türk milli komandası Arda Turanın bu hərəkəti ilə mümkün faciədən dönmüş olub. Daha əvvəl bəzi nümunələrdə göründüyü kimi, komandalar bu şəkildə oyuna başlayıb və sadə bir şəkildə qol vurublar.

Şərhlər