İdmançımız dünya çempionu oldu

16.10.2015 00:29     Sport reaksiya     1963

Qətərin paytaxtı Dohada təşkil olunan boks üzrə dünya çempionatı başa çatmaq üzrədi.

Reaksiya.az-ın xəbərinə görə, finala vəsiqə qazanan Azərbaycan yığmasının iki üzvü bu gün qızıl medal uğrunda döyüşə çıxıb.

Belə ki, 52 kq çəkidə mübarizə aparan Elvin Məmişzadə həlledici görüşdə Kuba təmsilçisi Yosbani Veytia ilə qarşılaşıb. Çətin keçən görüşdə rəqibinə 3:0 hesablı qalib gələn Məmişzadə dünya çempionu adını qazanıb.

Digər idmançımız Albert Səlimov isə gümüş medalla kifayətlənib. 60 kq çəki dərəcəsində çıxış edən Səlimov lazaro Alvaresə uduzub.

 

Şərhlər