Ulduz futbolçunun adı “Ginnes” rekordlar kitabında

16.10.2015 01:26     Sport reaksiya     2026

“Bavariya” klubunun və Polşa yığmasının hücumçusu Robert Levandovskinin adı “Ginnes” rekordlar kitabına daxil ediləcək.

Reaksiya.az Azərtaca istinadla xəbər verir ki, buna səbəb onun futbol tarixində ən qısa vaxtda penta-trikə imza atmasıdır.

Polşalı hücumçu Almaniya çempionatının yeddinci turunda “Volfsburq” komandası ilə oyunun ikinci hissəsində meydana çıxaraq doqquz dəqiqə ərzində rəqib qapısına beş qol vuraraq tarixi rekord müəyyənləşdirib.

Şərhlər