“Qarabağ” üçün daha bir pis xəbər

16.10.2015 04:53     Sport reaksiya     1910

“Qarabağ” Reynaldo Silva və Maksim Medvedevin zədələnməsindən sonra daha bir ciddi itki ilə üzləşib.

Reaksiya.az-ın sportal.az-a istinadən məlumatına görə, komandanın aparıcı üzvü Dani Quintana sıradan çıxıb. İspaniyalı yarımmüdafiəçi “Qəbələ” ilə yoxlama matçında əzələsini dartıb. 

Onun 17 oktyabrda keçiriləcək Premyer Liqanın 9-cu turunda “Zirə” ilə oyunu buraxacağı bildirilir. Oktyabrın 22-də Avroliqanın qrup mərhələsində "Monako" ilə baş tutacaq oyunda iştirak edib-etməməsi isə sual altındadır.

Şərhlər