FİFA-ya İordaniya Şahzadəsi başçılıq edəcək?
16.10.2015 06:40 Sport reaksiya 1695
İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn seçkilərdə namizədliyi üçün tələb olunan bütün lazımi sənədləri təşkilata təqdim edib.
Reaksiya.az goal.az-a istinadən xəbər verir ki, şahzadə son seçkidə 1998-ci ildən FİFA-ya başçılıq edən Yozef Blatterin yeganə rəqibi idi. Bir müddət əvvəl FİFA-nın başçısı postuna namizədliyini korrupsiya qalmaqalı səbəbindən vəzifəsindən və futbolla bağlı fəaliyyətdən 90 gün müddətinə kənarlaşdırılmış UEFA prezidenti Mişel Platini və Koreya Futbol Assosiasiyasının keçmiş başçısı Çon Moncun da irəli sürmüşdü. Sonuncu FİFA-nın etika üzrə komitəsinin onun barəsində çıxardığı 6 il futboldan uzaqlaşdırılma barədə qərarın ləğvinə nail olmasa, seçkilərdə iştirak edə bilməyəcək.
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezident postuna keçiriləcək seçkilərdə iştirak üçün ərizələrin qəbulu oktyabrın 26-da sona çatır.
Şərhlər