İdmançının müalicəsinə 16 milyon avro xərclənib

17.10.2015 03:15     Sport reaksiya     1990

"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin müalicəsinə bu günədək təxminən 16 milyon 316 min avro xərclənib. Reaksiya.az-ın məlumatına görə, komadan çıxa bilməyən almaniyalı pilotun ailəsi xərcləri qarşılamaq üçün Norveçdə olan bağ evi və özəl təyyarəni satmaq məcburiyyətində qalıblar.

Təcrübəli pilotun səhhətinin düzəlməsi üçün həkim və terapevt daxil olmaqla 15 tibbi personal xidmət göstərir. Şumaxerin həftəlik müalicəsi üçün təxminən 160 min avro xərclənir.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransada xizək sürən zaman qəzaya düşüb və hələ də koma vəziyyətindən ayılmayıb.

Şərhlər