Finallar bu stadionlarda keçiriləcək

17.10.2015 04:27     Sport reaksiya     1856

UEFA-nın İcraiyyə Komitəsinin Nyonda keçirilən iclasında 2016-2017-ci il mövsümünün avrokuboklarının final oyunlarının keçiriləcəyi stadionların adları açıqlanıb.

Reaksiya.az xəbər verir ki, Çempionlar Liqası yarışlarının finalı Uelsin paytaxtı Kardiffdə 74,5 min tamaşaçı tutumuna malik “Millenium” stadionunda keçiriləcək.

Avropa Liqası yarışlarının qalibi isə Stokholmdakı 50 min yerlik “Friends Arena”da müəyyənləşəcək.

Qitə superkubokunun qalibini müəyyənləşdirən qarşılaşma isə Makedoniyanın paytaxtı Skopyedəki 36 min 400 nəfərlik “II Filip” stadionunda təşkil olunacaq.

Şərhlər