Keçmiş futbolçu meydanda öldü
17.10.2015 06:09 Sport reaksiya 1909
Rusiyalı futbolçu Sergey Filippenkov keçmiş peşəkar futbolçularla yoldaşlıq görüşündə meydanda keçinib.
Reaksiya.az xəbər verir ki, hadisə bu gün “Zenit Penza” klubu ilə görüşdə oyuna 5 dəqiqə qalmış baş verib.
Klubun məlumatına görə Flippenkov yıxılmazdan əvvəl qol da vurub. Onun ürək tutmasından öldüyü bildirilir. Filippenkov Smolenskdə dəfn olunacaq.
44 yaşlı keçmiş futbolçu 1998-2001-ci illərdə Moskvanın SSKA klubunda oynayıb. Klub bu illər ərzində Rusiya çempionatında 2-ci və 3-cü yerə, həmçinin yerli kubokun finalına çıxıb.
Filippenkov ötən il“Zenit Penza” klubuna baş məşqçi təyin edilmişdi.
Şərhlər