Avropada ilk çempion müəyyənləşdi

17.10.2015 15:20     Sport reaksiya     2142

Belarusda mövsümün qalibi müəyyənləşib.

Reaksiya.az xəbər verir ki, ölkənin ən titullu klublarından BATE sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib.

23-cü turda səfərdə "Vitebsk"ə 2:0 hesabı ilə qalib gələn Borisov təmsilçisi tarixində 12-ci dəfə bu titula yiyələnib.

Qeyd edək ki, bu, BATE-nin ardıcıl 10-cu çempionluğudur.

 

Şərhlər