Türk futbolçusuna 30 milyon avro - Təklif

18.10.2015 15:08     Sport reaksiya     2321

Almaniyanın “Bayer Leverkusen” komandasının ulduz oyunçusu, Türkiyə millisinin aparıcı futbolçusu Hakan Çalhanoğluna 30 milyon avro təklif edilib.

Reaksiya.az xəbər verir ki, təklif İngiltərənin “Arsenal” futbol klubunun baş məşqçisi Arsen Wenger tərəfindən irəli sürülüb.

Yanvar ayındakı ara transfer dövründə Hakanın bu kluba keçidi gözlənilir.

Ancaq “Bayer Leverkusen” komandasının rəhbərliyinin və türk futbolçunun bu təklifə reaksiya hələ açıqlanmayıb.

Şərhlər