Azərbaycanlı güləşçi erməni rəqibini ¼ finalda məğlub edib
17.06.2015 13:04 Sport reaksiya 2316
Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.
"Reaksiya.az" Apasport.az saytına istinadən məlumat verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.
Kişilər, sərbəstdə 57 kq çəkidə Azərbaycanı təmsil edən Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayıb.
Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqe ilə qarşılaşıb və rəqibini asanlıqla məğlub edib - 9:4. 1/4 finalda erməni Qarik Barsekyanla qarşılaşan Yaşar Əliyev 10:6 hesabı ilə qalib gəlib.
Şərhlər