Rusiya Fransadan üzr istədi

20.10.2015 01:21     Sport reaksiya     1846

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik kanallar vasitəsi ilə Fransa tərəfindən üzr istəyib. Buna Rusiya tərəfinin Dövlət Dumasının spikeri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyətini aparan təyyarə ilə bağlı insidentə görə Fransadan izahat tələb etməsi səbəb olub.

Reaksiya.az xəbər verir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Biz cənab Narışkinin rəhbərliyi ilə forumda iştirak etmək üçün İsveçrəyə uçan parlamentin nümayəndə heyətinin aparan təyyarənin ekipaj üzvlərindən məlumat aldıq ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə təhlükəli yaxınlaşma olub. Biz səfirliklə əlaqə saxladıq, Fransanın Rusiyadakı səfiri XİN-ə çağırıldı", - deyə Zaxarova "Rossiya-1" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Fransa tərəfi informasiyanı yoxladıqdan sonra məlumat verib ki, Rusiya təyyarəsinə yaxınlaşan Fransanın yox, İsveçrənin qırıcısı olub.

"Bu açıqlamadan sonra diplomatik kanallar vasitəsi ilə Fransa tərəfinə üzrxahlıq edilib və Rusiya XİN-i məsələni artıq İsveçrə tərəfi ilə araşdırmağa başlayıb...Hazırda İsveçrədən rəsmi cavab gözləyirik", - deyə Zaxarova qeyd edib.

Şərhlər