Növbəti "El Klassiko" nə vaxt baş tutacaq?

20.10.2015 08:05     Sport reaksiya     2074

İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçiriləcək "Real" - "Barselona" matçının günü və başlama saatı bəlli olub.

Reaksiya.az-ın məlumatına görə, ”El Klasiko” noyabrın 21-də baş tutacaq. 

Bu barədə İspaniya Futbol Federasiyası xəbər yayıb. "Santyaqo Bernabeu"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:15-də start götürəcək. Hər iki komandanın sosial şəbəkələrdə, eləcə də klubun rəsmi saytında qarşılaşmanın hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat da yerləşdirilib. Bu iki komanda arasındakı matç hər zaman dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olur və İspaniyada sanki bir futbol bayramı kimi qarşılanır. Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi "Real"ın "Kral klubu", "Barselona"nın isə krala boyun əyməyən katalonların komandası olmasıdır. Əslində "El Klassiko" adlandırılan bu oyuna Ronaldo - Messi dueli kimi baxanlar da var.

Şərhlər