Hakimlərimizə yeni təyinatlar verilib

21.10.2015 01:18     Sport reaksiya     1906

UEFA tərəfindən FIFA dərəcəli hakimlərimizə yeni təyinatlar verilib.

Reaksiya.az AFFA-ya istinadən məlumat verir ki, Rəhim Həsənov oktyabrın 21-də Tbilisi şəhərində keçiriləcək UEFA Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.

Orxan Məmmədov və Yaşar Abbasov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda meydana çıxacaqlar. Bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda təşkil olunacaq.

Şərhlər