Futbolçu həbs edildi

21.10.2015 01:43     Sport reaksiya     2177

Futbol üzrə Birləşmış Ərəb Əmirliyi milli komandasının üzvü Abdulla Qasım üç aylıq həbs cəzası alıb.

Reaksiya.az xəbər verir ki, buna futbolçunun yığma komandaya çağırılmadığı üçün baş məşqçi Mehdi Əlinı təhqir etməsi səbəb olub. Onun komanda yoldaşı ilə birgə hazırladığı və baş məşqçinin ünvanına təhqiramiz ifadələr işlətdiyi videomüraciət internetdə yayılıb.

Nəticədə “Al-Dafra” klubunda çıxış edən hər iki futbolçu məşqlərdən kənarlaşdırılıb. Daha sonra Abdulla Qasım texniki vasitələrdən istifadə etməklə başqalarını təhqir etməkdə təqsirli bilinərək üç ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər