"Qalatasaray" "Benfika" ilə üzə-üzə gələcək

21.10.2015 13:17     Sport reaksiya     2293

Bu gecə Çempionlar Liqasının qrup mərhələsində üçüncü tura yekun vurulacaq.

Reaksiya.az xəbər verir ki, A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.

Gecənin maraqlı görüşlərindən biri İstanbulda keçiriləcək.

"Qalatasaray" doğma azarkeşləri önündə "Benfika"nı sınağa çəkəcək. "Sarı-qırmızılılar" qrupdan çıxmaq şanslarını saxlamaq üçün bu gün mütləq qələbə qazanmalıdırlar.

Gecənin digər oyunları isə bunlardır:

Çempionlar Liqası, qrup mərhələsi

21 oktyabr

A qrupu

23:45. PSJ (Fransa) - "Real" (Madrid, İspaniya)

23:45. "Malmö" (İsveç) - "Şaxtyor" (Donetsk, Ukrayna)

B qrupu

23:45. CSKA (Moskva, Rusiya) - "Mançester Yunayted" (İngiltərə)

23:45. "Volfsburq" (Almaniya) - PSV (Hollandiya)

C qrupu

23:45. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya)

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Astana" (Qazaxıstan)

D qrupu

23:45. "Yuventus" (İtaliya) - "Borussiya" (Münhenqladbax, Almaniya)

23:45. "Mançester Siti" (İngiltərə) - "Sevilya" (İspaniya)

Reaksiya.az oyunları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

23:45 Qalatasaray - Benfika - AzTV, Tivibu Spor,

23:45 PSJ - Real - İdman Azərbaycan, Tivibu Spor 3

23:45 ÇSKA - Mançester Yunayted - NTV+1

23:45 Volfsburq - PSV - NTV+Basketbol

23:45 Mançester Siti - Sevilya - NTV+3

Şərhlər