AFFA Azərbaycan-İtaliya oyunundan toplanan gəliri açıqladı

21.10.2015 14:14     Sport reaksiya     2130

Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İtaliya oyununda azarkeş sayı ilə bağlı rekord göstərici qeydə alınıb.

Reaksiya.az xəbər verir ki, ilk dəfə millimizin oyununu stadionda 48 mindən artıq azarkeş izləyib.

AFFA Azərbaycan – İtaliya oyunu ilə bağlı daha bir statistik məlumatı ictimaiyyətin diqqətinə çatdırıb. Qeyd olunmuş oyuna 150 min 729 AZN məbləğində bilet satılıb. 

Şərhlər