"Qalatasaray" qələbə qazandı, "Real" isə... - NƏTİCƏLƏR

22.10.2015 02:08     Sport reaksiya     2030

Çempionlar Liqasında III turun növbəti oyunları keçirilib.

Reaksiya.az-ın məlumatına görə, baş tutan oyunlardan sonra Avropanın ən nüfuzlu klub turnirində ilk dövrəyə yekun vurulub.

A qrupunda liderlər və autsayderlər öz aralarında oynayıblar. Madrid “Real”ı PSJ ilə xalları bölüb. Autsayderlər, “Şaxtyor”la “Malmö”nün oyununda isə sevinən tərəf isveçlilər olub.

B qrupunda baş tutan iki oyundan sonra bütün komandalar eyni – 3 xala sahib idilər. MOİK Moskvada “Mançester Yunaytedi”lə bərabərliyə razılaşıb. PSV isə Almaniyada “Volfsburq”a uduzub.

C qrupunda “Benfika” “Qalatasaray”a səfərdə məğlub olub. “Atletiko” isə “Astana”nı darmadağın edib.

D qrupunun birincisi “Yuventus” xalsız Münhenqladbax “Borussiya”sını yenə bilməyib. “Mançester Siti” isə “Sevilya”nı məğlub edib.

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

20 oktyabr

 

A qrupu

 PSJ – “Real” - 0:0

“Malmö” – “Şaxtyor” - 1:0

Noyabrın 3-də keçiriləcək IV turun oyunları: “Real” – PSJ, “Şaxtyor” - “Malmö”.

 

B qrupu

 MOİK – “Mançester Yunayted” - 1:1

 “Volfsburq” – PSV - 2:0

Noyabrın 3-də keçiriləcək IV turun oyunları: “Mançester Yunayted” – MOİK, PSV - “Volfsburq”.

 

C qrupu

 “Qalatasaray” – “Benfika” - 2:1

 “Atletiko” – “Astana” - 4:0

Noyabrın 3-də keçiriləcək IV turun oyunları: “Benfika” – "Qalatasaray", "Astana" - “Atletiko”.

 

D qrupu

 “Yuventus” – “Borussiya” M. - 0:0

 “Mançester Siti” – “Sevilya” - 2:1

Noyabrın 3-də keçiriləcək IV turun oyunları: “Borussiya” M. – "Yuventus", "Sevilya" - “Mançester Siti”.

 

Şərhlər