Şahmatçılarımız möhtəşəm qələbə qazanıb

22.10.2015 00:57     Sport reaksiya     1726

Makedoniyanın Skopye şəhərində keçirilən şahmat üzrə klublar arasında Avropa Kubokunda növbəti turun oyunları keçirilib.

Reaksiya.az-ın məlumatına görə, yarışın IV günündə Azərbaycan klubları növbəti görüşlərini keçiriblər.

İlk üç görüşdən qalib ayrılan SOCAR “Obiettivo Risarcimento Padova” (İtaliya) ilə qarşılaşıb. Təmsilçimiz qalib gəlib. Komandamızın heyətində Veselin Topalov və Şəhriyar Məmmədyarov qələbə qazanıb. Digər komanda üzvləri isə heç-heçəyə razılaşıblar.

İki qələbə qazanıb, yalnız 3-cü turda məğlub olan “Odlar Yurdu” isə “MPA-Maria Saal” (Avstriya”) klubundan üstün olub. Vasif Durarbəyli, Nicat Abbasov, Nicat Məmmədov və Zaur Məmmədovun qalib gəldiyi oyunda Ülvi Bacarani bərabərliyə razılaşıb. Emil Sutovski isə yeganə məğlub olan şahmatçımız olub.

Şahmat üzrə Klublar arasında Avropa Kuboku

IV tur

SOCAR - “Obiettivo Risarcimento Padova” (İtaliya) – 4:2

“MPA-Maria Saal” (Avstriya”) – “Odlar Yurdu” – 1,5:4,5

 

Şərhlər