"Qəbələ"nin oyununa satılan bilet sayı açıqlandı

22.10.2015 17:40     Sport reaksiya     2211

Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində bu gün keçiriləcək "Qəbələ" - "Borussiya" Dortmund matçına bilet satışı davam edir.

Reaksiya.az xəbər verir ki, bu qarşılaşma üçün satışa çıxarılan 8000 biletin demək olar ki, hamısı satılıb. Belə ki, artıq 7000 bilet satılıb, satışda cəmi 1000 bilet qalıb. Bilet satışı matç saatınadək davam edəcək.

Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı bu gün saat 20:00-da "Bakcell Arena"da keçiriləcək.

Şərhlər