Roman Qriqorçuk: Təəssüf ki, şansları dəyərləndirə bilmədik

23.10.2015 01:48     Sport reaksiya     1840

Oktyabrın 22-də UEFA Avropa liqası qrup mərhələsinin 3-cü turu çərçivəsındə “Baksell” arenada baş tutan “Qəbələ”-“Borussiya” matçının ardından əyalət təmsilçimiz mətbuat konfransı keçirdib.

Reaksiya.az xəbər verir ki, “Qəbələnin” baş məşqçisi Roman Qriqorçuk rəqibin Azərbaycan komandasına hörmətlə yanaşdığı deyib: Bu ondan irəli gəlir ki, Dortmundlular Azərbaycan klubuna qarşı meydana əsas heyətlə çıxdı. Bu addımla “Borussiya” bizə hörmətini nümayış etdirdi. Oyunçularımla fəxr edirəm. Səkkiz qat Almaniya çempionunun qapısında bu qədər qol imkanı yaratmaq hər kluba nəsib olmur. Təəssüf ki, bizə düşən şansları yararlandıra bilmədik. “Krasnodar”la oyunda qələbəyə layıq idik, lakin unutmaq lazım deyil ki, Bakıdakı oyunda qarşıda “Borussiya” vardı. Səmimi qeyd etməliyəm ki, alman klubu bizdən çox səviyyəlidir. Lakin “Qəbələ” də çox ciddi komandadır. Ümumilikdə isə güclər fərqlidir.

Ukraynalı çalışdırıcı növbəti matçda da komandasını çətin oyun gözlədiyini söyləyib.

Şərhlər