Saymon Kleq: "Ötən gün yarışlarda ən maksimal iştirak qeydə alınıb"
18.06.2015 13:59 Sport reaksiya 1988
Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Aygün Bədəlova/
Ötən gün I Avropa Oyunları yarışlarında indiyə kimi ən çox tamaşaçı iştirak edib. Trend-in məlumatına əsasən, bunu mətbuat konfransı zamanı Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.
O bildirib ki, tamaşaçıların əksər hissəsi Milli Gimnastika Arenasında yarışları izləyib: “İyunun 17-də açılış günündәn indiyə kimi әn çox tamaşaçının iştirak etdiyi yarışlar keçirilib. 32100 tamaşaçı 10 müxtəlif məkanda 19 idman oyununu izlәyib”.
S.Kleq həmçinin qeyd edib ki, biletlərin satışından və yarışların davamiyyət səviyyəsindən çox razıdır.
Şərhlər