"Neftçi" bu dəfə də uduzdu

24.10.2015 01:37     Sport reaksiya     1830

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start verilib. 

Reaksiya.az-ın məlumatına görə, I dövrəyə yekun vurulacaq turun ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə oyununda "Neftçi" AZAL-ın qonağı olub. "AZAL Arena"da baş tutan qarşılaşmanı Ramil Diniyev idarə edib.

"Neftçi" 8 turdan sonra 9 хalla turnir cədvəlinin 6-cı, AZAL 4 хalla 9-cu pilləsində qərarlaşmışdı. "Ağ-qaralar" son 4 turda qələbə qazana bilməyib (2 heç-heçə, 2 məğlubiyyət). 

Maddi problemlər yaşayan Tərlan Əhmədovun başçılıq etdiyi komandanın da durumu ürəkaçan səviyyədə deyil. Geridə qalan 8 tur ərzində 1 qələbə, 1 heç-heçə edən AZAL turnir cədvəlinin sonuncusu "Rəvan"dan yalnız 2 xal öndə idi. Maraqlı və gərgin keçən oyunda AZAL "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.


Premyer Liqa
2015/16 mövsümü
I dövrə, IX tur

AZAL – “Neftçi” - 2:1 
Qollar: Nuqzar Kvirtiya, 24-pen (1:0), Ruslan Qurbanov, 57 (1:1), 
Aleksandr Quruli, 90+4 (2:1)
Qırmızı vərəqə: Filta Jairo Rodriges, 90+3 ("Neftçi")
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
“AZAl Arena".

Şərhlər