Azarkeşlər hakimləri döydü
24.10.2015 13:16 Sport reaksiya 2416
Gürcüstan çempionatının II liqasında "Baxmaro" və "Sulori" komandaları arasında keçirilmiş futbol matçı zamanı kütləvi insident baş verib.
Reaksiya.az "report"a istinadən xəbər verir ki, oyun başa çatdıqdan sonra "Sulori" azarkeşləri meydançaya girərək, hakimləri söyüşlə və fiziki üsulla təhqir ediblər.
Baş vermiş hadisə ilə əlaqədar Gürcüstan Futbol Federasiyasının (GFF) yeni prezidenti Levan Kobiaşvili İmereti Regional Futbol Federasiyasında olub. Regional federasiya rəsmiləri ilə görüşdə L.Kobiaşvili insidenti müzakirə edərək tərəflərin arqumentlərini dinləyib. O, insident iştirakçılarının sərt cəzalandırılmasının vacibliyini bildirib.
Qeyd edək ki, Levan Kobiaşvili oktyabrın 5-də GFF prezidenti seçilib. O, yeni vəzifədə Zviad Siçinavanı əvəzləyib.
Şərhlər