Daha bir medal qazandıq: Taekvando yarışlarından

18.06.2015 18:07     Sport reaksiya     1332

Taekvandoçumuz Beigi Herçeqani finala vəsiqə qazanıb.

ANS PRESS-in məlumatına görə, o, yarımfinalda Portuqalidan olan Jolio Ferreyranı 6:2 hesabı ilə məğlub edib.
 
Beigi Herçeqani finalda Rusiya-İtaliya cütlüyünün qalibi ilə qarşılaşacaq.
 
 
...17:27...
 
İdmançımız Beigi Herçeqani Portuqalidan olan Jolio Ferreyra ilə qarşılaşır.
 
ANS PRESS-in məlumatına görə, yarımfinal qarşılaşması -80 kq çəki dərəcəsində keçirilir. Təmsilçimiz qələbə qazanarsa final vəsiqəsini təmin edəcək.
 
 
...16:10...
 
I Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışlar davam edir. 
 
ANS PRESS-in məlumatına görə, Azərbaycan təmsilçisi Beigi Herçeqani (-80 kq çəki dərəcəsi) Böyük Britaniyadan olan Lutalo Məhəmməd ilə münasibətlərinə aydınlıq gətirib.
 
Təmsilçimiz 1/4 final mərhələsində rəqibinə qarşı açıq aşkar üstünlük qurub. Görüşü vaxtından avvəl bitirən təmsilçimiz Lutalo Məhəmmədi 17:5 hesabı ilə məğlub edib. Aradakı xal fərqi 12-ni keçdiyi üçün döyüş 3-cü raundda yarımçıq bitib. Nəticə etibarilə taekvondoçumuz yarımfinala vəsiqə qazanıb. 
 
Xatırladaq ki, Beigi Herçeqani bundan öncə Serbiyadan Damir Fejziclə ilkin raundda üzləşib. İdmançımız 12:0 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırmışdı.

Şərhlər

Çox oxunanlar