İdmançımız dünya çempionu olub

25.10.2015 00:59     Sport reaksiya     2060

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli Dünya Çempionatında uzunluğa tullanmada 7.13 m nəticə göstərərək dünya çempionu adına layiq görülüb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, Rio de Janeyro-2016 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.   

Dohada keçirilən lisenziya xarakterli Dünya Çempionatı davam edir.  

 

Şərhlər