İki klubumuz avrokubok oyunlarından öncə bir-biri ilə qarşılaşıb

26.10.2015 03:19     Sport reaksiya     2060

Avrokubaklara hazırlığı davam etdirən Bakın qadınlardan ibarət “Azərreyl” və “Azəryol” voleybol klubları öz aralarında yoxlama oyunu keçirib.

Görüş “Azərreyl”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Azərreyl” Çempionlar Liqası yarışlarında mübarizə aparacaq. “Azərreyl” “A” qrupunda “Lokomotiv” (Azərbaycan), “Alyants Ştutqart” (Almaniya) və “Dinamo Kazan” (Rusiya) komandaları ilə qarşılaşacaq. “Azəryol” isə Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında Rumıniyanın “Tarqovitse” klubu ilə üz-üzə gələcək.

Şərhlər