Şeyx FİFA-da prezidentliyə rəsmən namizəd oldu

26.10.2015 04:18     Sport reaksiya     2064

Dünyanın ali futbol qurumunun prezidenti olmaq qərarına gələn Asiya Futbol Konfederasiyasının (AFC) rəhbəri şeyx Salman bin İbrahim əl-Xəlifə seçkilərdə iştirak etmək üçün sənədlərini FİFA nümayəndələrinə təqdim edib. Reaksiya.az  xəbər verir ki, namizədlərin qeydiyyatı bu gün başa çatacaq.

Yeni prezidentinin adına isə gələn il, fevralın 26-da aydınlıq gələcək.

Əl Xəlifə Bəhreyn kral nəslindəndi. O, 2002-ci ildən AFK-nın prezidenti kimi fəaliyyət göstərir. 

Şərhlər