"Neftçi" - "İnter" oyunu 1 manata

26.10.2015 12:02     Sport reaksiya     2323

Topaz Premyer Liqasının X turu çərçivəsində keçiriləcək "Neftçi" - "İnter" matçının biletləri bu gün satışa çıxarılıb.

Reaksiya.az klubun saytına istinadən xəbər verir ki, biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Oktyabrın 28-də "Bakcell Arena"da keçiriləcək və saat 19:00-da başlanacaq oyun üçün biletlərin qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN-dir.

 

Şərhlər