Azərbaycan - Moldova matçı hansı stadionda keçiriləcək?

26.10.2015 17:18     Sport reaksiya     2306

Yığmamızın Moldova ilə noyabrın 17-də keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı və görüşün keçiriləcəyi stadion müəyyənləşib.

Reaksiya.az apasport-a  istinadən xəbər verir ki qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bununla da, millimizin üzvləri AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyundan sonra ikinci dəfə bu arenaya ayaq basacaqlar.

Qeyd edək ki, Azərbaycan – Moldova matçı saat 21:00-da başlayacaq.

Şərhlər