Millimiz Moldova ilə nə vaxt qarşılaşacaq?

27.10.2015 00:37     Sport reaksiya     2103

Yığmamızın Moldova ilə noyabrın 17-də keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı və görüşün keçiriləcəyi stadion müəyyənləşib. Reaksiya.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bununla da, millimizin üzvləri AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyundan sonra ikinci dəfə bu arenaya ayaq basacaqlar.

Qeyd edək ki, Azərbaycan – Moldova matçı saat 21:00-da başlayacaq.

Şərhlər