Azərbaycanın FİFA hakimliyinə namizədlərinin siyahısı müəyyənləşib
27.10.2015 01:19 Sport reaksiya 1918
2016-cı il üçün Azərbaycanın FİFA hakimliyinə namizədlərinin siyahısı müəyyənləşib. Reaksiya.az-ın xəbərinə görə, yeni siyahıda heç bir dəyişiklik edilməyib.
Bu isə o deməkdi ki, 2015-ci ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edən ədalət təmsilçilərinin adları yenidən FİFA-ya göndərilib.
Ali futbol qurumuna 21 referinin adı təqdim edilib. FİFA təsdiqlədikdən sonra Azərbaycanı qarşıdakı ildə beynəlxalq arenada baş hakim kimi Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədov təmsil edəcəklər.
Qadın referilərimizdən isə Səbayel Qurbanova və Yuliya Qurbanova baş hakim funksiyasını yerinə yetirəcək.
Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov
Referi köməkçiləri: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev, Rza Məmmədov
Futzal üzrə FİFA referiləri: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov
Çimərlik futbolu üzrə FİFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva
Qadın FIFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova
Qadın FIFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova
Şərhlər