Ruslan Dibirhacıyev: “Məşqçilər məndən qızıl medal gözləyirdi” - VİDEO
18.06.2015 23:15 Sport reaksiya 2374
“Çempion olmaq istəyirdim. Çünki azarkeşlərimizin qarşısında, evdə döyüşürdüm. Üçüncü yeri tutmağım da az da olsa, sevindiricidir”. Bu fikirləri I Avropa Oyunlarının bürünc mükafatçısı, sərbəst güləşçimiz Ruslan Dibirhacıyev deyib.
Dibirhacıyev ona dəstək olduqlarına görə azarkeşlərə təşəkkürünü bildirib: “Məşqçilər məndən qızıl medal gözləyirdilər. Təəssüf ki, olmadı. Ən əsası bürünc medalı qazanmaqla, azarkeşləri məyus etmədim. Ümid edirəm ki, bir daha səhvlər olmayacaq. Sağ olsunlar, azarkeşlər mənə dəstək oldular. Hamıya öz təşəkkürümü bildirirəm”.
İdmançımız qeyd edib ki, qarşıdan gələn dünya çempionatında qızıl medal qazanmağı qarşısına məqsəd qoyub.
Xatırladaq ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Davit Tlasadze üzərində qələbə qazanıb.
Şərhlər