Bakı-2015: I Avropa Oyunlarında VIII gün

19.06.2015 09:30     Sport reaksiya     2013

Bu gün Bakı-2015 I Avropa Oyunlarında 13 idman növü üzrə yarışlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu növlərin 6-da mükafatçılar müəyyənləşəcək.
 
Hərəsində 2 dəst medalın oynanılacağı taekvondo və stolüstü tennisdə yarışlara yekun vurulacaq.
 
Suyatullanma, akrobatika və atıcılıq növlərinin hər biri 2 dəst medalın sahibini tapması ilə davam etdiriləcək. Ümumilikdə, 11 çempionun müəyyənləşdiyi gündə bədii gimnastlar da 1 dəst medal üçün mübarizə aparacaq.
 
Batut gimnastikası, aerobika, boks, kamandan oxatma yarışları davam etdiriləcək. Çimərlik voleybolu, voleybol, su polosu növlərində çıxış edən komandalar növbəti sınaqlarına çıxacaq.
 
19 iyun
 
09:00. Atıcılıq
Qadınlar, 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş
Qadınlar, 25 metrdən tapança ilə atəş, təsnifat mərhələsi
Kişilər, qoşa səngər stendi
Bakı Atıcılıq Mərkəzi
 
09:00. Kamandan oxatma
Qadınlar, fərdi, 1/32 final
Tofiq Bəhramov adına Respublika stadionu
 
09:00. Taekvondo
Qadınlar, +67 kq
Kişilər, +80 kq
Bakı Kristal Zalı
 
09:00. Voleybol
Qadınlar A qrupu
Rumıniya - Türkiyə
Bakı Kristal Zalı
 
10:00. Suya tullanma
Qadınlar, tramplin, 1 m
Kişilər, sinxron tramplin, 3 m
Bakı Su İdmanı Mərkəzi
 
10:00. Akrobatika
Qadınlar, qrup çoxnövçülüyü, final
Qarışıq cütlüklər, çoxnövçülük, final
Milli Gimnastika Arenası
 
10:00. Bədii gimnastika
Fərdi çoxnövçülük, final mərhələsi
Həlqə, top, gürzlər, lent, təsnifat mərhələsi
Milli Gimnastika Arenası
 
10:00. Çimərlik voleybolu
Kişilər, qrup və seçmə mərhələsi
Qadınlar, 1/4 final
Çimərlik Arenası
 
11:00. Voleybol
Qadınlar B qrupu
Bolqarıstan - Xorvatiya
Bakı Kristal Zalı
 
11:00. Stolüstü tennis
Qadınlar, fərdi yarışlar
Kişilər, fərdi yarışlar
Bakı İdman Zalı
 
12:00. Su polosu
Kişilər, 11-ci yer uğrunda
Slovakiya - Rumıniya
Vaterpol Arenası
 
12:30. Boks
1/8 final
Qadınlar, 51 kq, 75 kq
Kişilər, 49 kq, 56 kq, 81 kq, +91 kq
Bakı Kristal Zalı
 
13:30. Su polosu
Kişilər, 9-cu yer uğrunda
Monteneqro - Fransa
Vaterpol Arenası
 
14:30. Voleybol
Qadınlar B qrupu
Serbiya - Hollandiya
Bakı Kristal Zalı
 
15:00. Su polosu
Kişilər, 5-8-ci yerlər uğrunda
Rusiya - Almaniya
Vaterpol Arenası
 
16:30. Voleybol
Qadınlar A qrupu
Polşa - İtaliya
Bakı Kristal Zalı
 
17:30. Su polosu
Kişilər, 5-8-ci yerlər uğrunda
Macarıstan - İtaliya
Vaterpol Arenası
 
19:00. Batut gimnastikası
Kişilər, sinxron hərəkətlər
Qadınlar, sinxron Hərəkətlər
Milli Gimnastika Arenası
 
19:00. Su polosu
Kişilər, Yarımfinal
İspaniya - Xorvatiya
Vaterpol Arenası
 
19:15. Aerobika gimnastikası
Qruplar, təsnifat
Milli Gimnastika Arenası
 
20:00. Voleybol
Qadınlar A qrupu
Azərbaycan - Belçika
Bakı Kristal Zalı
 
20:30. Su polosu
Kişilər, Yarımfinal
Yunanıstan - Serbiya
Vaterpol Arenası
 
22:00. Voleybol
Qadınlar B qrupu
Almaniya - Rusiya
Bakı Kristal Zalı

Şərhlər