Millimizin zədəli üzvündən xəbər var

28.10.2015 13:17     Sport reaksiya     2159

Millimiz və "İnter"in hücumçusu Rauf Əliyev Almaniyada əməliyyat olunub.

Reaksiya.az xəbər verir ki, futbolçu hazırda sözügedən ölkədə bərpa prosesi keçir.

Hücumçu Bakıya noyabrın 1-də qayıdacaq. Onun reabilitasiya kursu burada da davam edəcək.

Qeyd edək ki, Əliyev məşqlərə altı aydan sonra başlaya biləcək.

Şərhlər