"Qarabağ" liderliyə yüksəldi, "Neftçi" isə...

29.10.2015 01:55     Sport reaksiya     1987

Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.

Reaksiya.az-ın məlumatına görə, "Qəbələ" doğma meydanda AZAL klubunu qəbul edib. Meydan sahiblərinin çoxsaylı cəhdlərinə baxmayaraq, hesab açılmayıb (0:0).

"Xəzər Lənkəran" "Sumqayıt"ı sınağa çəkib. İlk iki qol qonaqlardan gəlib. Son dəqiqələrdə Rahid Əmirquliyevin qolu isə lənkəranlılara yalnız təsəlli verib - 1:2.

"Zirə" - "Kəpəz" oyunu isə daha məhsuldar olub. Son turlarda baxımlı oyun nümayiş etdirən hər iki komanda meydanı sülhlə tərk edib - 2:2.

Lider "Qarabağ" autsayder "Rəvan"ı qəbul edib. Oyunda yeganə qolun müəllifi 36-cı dəqiqədə Vüqar Mustafayev olub - 1:0.

"Neftçi" bu dəfə də qalib gələ bilməyib. Öz meydanında "İnter"lə qarşılaşan "Neftçi" 36-cı dəqiqədə Ruslan Qurbanovun penalti zərbəsindən vurduğu qolla önə keçib. 86-cı dəqiqədə Nizami Hacıyevin qolu isə bərabərliyi təmin edib - 1:1.

Beləliklə, 10 turdan sonra "Qarabağ" 23 xalla liderdir. "Qəbələ" 21 xalla ikinci, "İnter" 18 xalla üçüncüdür. "Neftçi" isə 10 oyundan 10 xalla 7-ci sırada qərarlaşıb.

Şərhlər