Bakı 2015-də idmançı cəzalandırıldı
19.06.2015 13:02 Sport reaksiya 1991
AOK Albaniya təmsilçisini Bakı 2015-də anti-dopinq şərtlərini pozduğuna görə oyundan kənarlaşdırıb.
Reaksiya.Az məlumatına görə, Bakı 2015 Avropa Oyunları çərçivəsində tətbiq olunan AOK-un Anti-dopinq qaydalarını pozduğuna görə alban idmançı Reksildo Zeneli yarışdan kənarlaşdırılıb.
Alban boksçu Zeneli Avropa Oyunlarında yarışlara qatılmaq üçün iyunun 13-ü verdiyi sidik nümunəsi Avstriyanın Zaybersdorf şəhərinə aparılaraq yoxlanılıb. Yoxlanma nəticəsində onun sidiyində “furosemide” tapılıb. Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarında tətbiq olunan AOK-un anti-dopinq qaydalarına əsasən furosemide istifadəsi qadağan olunan maddələrin siyahısında S5 adı altında yer alır.
Buna görə də Zenelinin Anti-dopinq qaydalarını pozduğu aşkar edilib və AOK İcraiyyə Komitəsi tərəfindən , AOK-nin hüquqi, yaş məhdudiyyəti və dopinq məsələləri üzrə komitələrinin rəyi əsasında onun Avropa Oyunlarında iştirakına qadağa qoyulub. Zeneli Avropa Oyunlarında iştirak etməyəcək. Gələcəkdə isə onun anti-dopinq proseduru ilə müvafiq beynəlxalq təşkilatlar məşğul olacaq.
Bakı 2015 Avropa Oyunları Anti-dopinq proqramı hərtərəfli və güclü anti-dopinq proseduru olmaqla burada iştirak edəcək bütün idmançılara qarşı tətbiq olunur. Dünya Anti-dopinq Agentliyi tərəfindən qadağan olunan maddələr idmançılarda aşkar olunduğu təqdirdə həmin idmançılara Avropa Oyunlarında tətbiq olunan AOK-un Anti-dopinq qaydaları çərçivəsində sanksiyalar tətbiq olunacaq.
Şərhlər