"Qarabağ" azarkeşlərinə şad xəbər

31.10.2015 01:33     Sport reaksiya     2005

Avroliqanın qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Qarabağ" - "Monako" oyununa biletlərin satışa çıxarılacağı gün bəlli olub. 

Reaksiya.az-ın məlumatına görə, fransızlarla matçın biletləri noyabrın 2-də satışa çıхarılacaq. 

Bu barədə "Qarabağ" klubunun mətbuat хidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Azarkeşlər üçün sevindirici olan isə satışa çıхacaq biletlərin qiymətində endirimin olacağıdır.

Həmçinin “Anderlext”lə oyundan öncə olduğu kimi bilet satışı sektorlara uyğun bölmələrlə təşkil olunacaq.Qiymətlər 1-20 manat arasında dəyişəcək. Ötən oyunda 15 manata satılan biletlər bu dəfə 10 manatdan satışa çıхacaq. VIP lojadan oyunu izləmək istəyən azarkeşlərlər isə 50 manat ödəməli olacaq.

Şərhlər