4 idmançımız dünya çempionatının finalına çıxıb

31.10.2015 01:55     Sport reaksiya     1987

Serbiyanın Belqrad şəhərində kikboksinqin WAKO versiyası üzrə 20-ci Dünya Çempionatında iştirak edən kikboksçularımızdan ümidverici xəbərlər var.

Reaksiya.az-ın trendə istinadən məlumatına görə, milli komandamızın üzvlərindən düz 7 nəfər yarımfinala vəsiqə qazanıb. Bu 7 idmançı arasında ən ağır çəkili Ehram Məcidov (94 kq Kik layf) artıq yarımfinal döyüşünü də keçirdib. Belə ki, Məcidov güclü rəqibiylə döyüşdə elə ilk raundda işi “bitirib”. Ukraynalı döyüşçü birinci raunddaca Məcidovun güclü zərbələri qarşısında dözüş gətirə bilməyərək nokautla barışmalı olub.

Bununla da Ehram Məcidov finala vəsiqə qazanıb. Bundan başqa daha 3 döyüşçümüz də finalda vuruşmaq şansı qazanıb. Onlar Anar Məmmədov (51 kq K-1), Elşad Ələsgərov (75 kq K-1) və Ramal Aslanovdur (71 kq loukik).

Şərhlər