Anaxanım döyüşdәn öncә zәhәrlәnmişdi” - Açıqlama
19.06.2015 14:05 Sport reaksiya 2392
Bu gün Avropa Oyunlarında boks yarışları da keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, əlcək ustalarının yarışında Azərbaycanı 5 idmançı təmsil edəcək. Bunlardan 3-ü kişi, 2-si qadın olacaq.
56 kq çəki dərəcəsində 1/8 finalda Tayfur Əliyev rumıniyalı Anderiana Nikola ilə üz-üzə gələcək. İdmançılar saat 15:00-da rinqə çıxacaqlar.
81 kq-da Teymur Məmmədov da 1/8 final görüşünə çıxacaq. O, 21:15-də polşalı Jordan Kulinski ilə döyüşəcək.
91 kq-da Məhəmmədrəsul Məcidov mübarizəyə start verəcək. O, 1/8 final mərhələsində gürcüstanlı Mixeil Baxtidze ilə görüşəcək. Bu qarşılaşma 21:45-də başlayacaq.
Qadınlar arasında 48-51 kq yüngülvari çəki dərəcəsində ölkəmizi Anaxanım Ağayevə təmsil edəcək. O, da kişi idmançılarımız kimi 1/8 final mərhələsindən yarışa start verəcək. Xanım boksçumuzun rəqibi polşalı Drabik Sandra olacaq. Bu görüş 13:15-də baş tutacaq.
Qadınlar arasında 69-75 kq orta çəkidə Leyla Cavadova rinqə çıxacaq. Onun rəqibi rusiyalı Yakoşina Yaroslava olacaq. Bu qarşılaşma 19:00-da olacaq.
***
Anaxanım Ağayeva polşalı Drabik Sandra ilə mübarizəyə başlayır və idmançımız 0-3 hesabı ilə uduzub.
***
Anaxanım Ağayevanın mәşqçisi Şamil Məhəmmədbəyov "Qafqazinfo"ya açıqlamasında yetirməsinin məğlubiyyətindən danışıb:
"Polşalı idmançı güclü idi. O titullar sahibidir. Ona görә çәtin oldu. Anaxanım isә boksa tәzә başlayıb. Hәm dә döyüşdәn öncә zәhәrlәnmişdi. Ona görә dә özünә tam gәlә bilmәdi. Bu nәticәsindә mәğlub oldu. Başqa ümidverici idmançılarımız var. Axşamkı görüşlәrdәn yaxşı nәticә gözlәyirik".
Şərhlər