“Qəbələ” – “Kəpəz” oyunu sabah davam etdiriləcək
01.11.2015 00:28 Sport reaksiya 2190
Topaz Premyer Liqasının XI turunun “Qəbələ” - “Kəpəz” oyunu yarımçıq dayandırılıb. Reaksiya.az-ın məlumatına görə, buna hava şəraiti səbəb olub.
Belə ki, Qəbələ şəhər stadionunda güclü dumanın olması səbəbindən hakimlər matçı dayandırmaq məcburiyyətində qalıb.
Görüşün baş hakimi Rəhim Həsənovun və AFFA nümayəndələrinin ortaq qərarına əsasən, qarşılaşma sabah saat 20:00-da qaldığı yerdən - 30-cu dəqiqədən davam etdiriləcək.
Şərhlər