"Qarabağ" - "Monako" matçı rumıniyalı hakimə tapşırıldı

02.11.2015 15:02     Sport reaksiya     2169

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Monako" matçını idarə edəcək hakim müəyyənləşib.

Reaksiya.az xəbər verir ki, Bakıda baş tutacaq oyun rumıniyalı referi Pavel Kristian Balaya həvalə olunub.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu saat 20:00-da başlayacaq.

 

Şərhlər