"Qəbələ" istədi, PFL "yox" demədi

02.11.2015 16:20     Sport reaksiya     2233

Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəlində dəyişiklik edilib.

Reaksiya.az xəbər verir ki, “Qəbələ” klubunun məktubunu nəzərə alan PFL “Qəbələ” – “İnter” görüşünün 7 noyabrda yox, 9 noyabrda keçirilməsinə qərar verib. Buna səbəb “Qəbələ” klubunun 5 noyabr tarixdə Avropa Liqasının qrup mərhələsində “Borussiya Dortmund” klubuna qarşı keçirəcəyi matçdır.

Eyni zamanda, canlı yayımla əlaqədar olaraq “Zirə” – “Sumqayıt” görüşünün 6 noyabrda deyil, 7 noyabrda keçirilməsi rəsmiləşib.

 

Şərhlər