Messi "El Klassiko" da oynayacaq?

02.11.2015 17:52     Sport reaksiya     2205

İspaniyanın "Barselona" klubunun məşhur oyunçusu Lionel Messi zədə səbəbindən oyunlardan uzaq qalıb.

Reaksiya.az xəbər verir ki, futbolçunun noyabrın 21-də baş tutacaq "El Klassiko" matçında da oynaması gözlənilmir.

Messi meydançalardan uzaq olmasına baxmayaraq, 31 qolla 2015-ci ildə Avropanın ən çox qol vuran iki oyunçusundan biridir.

Qeyd edək ki, ən çox qol vuran ikinci oyunçu Kriştianu Ronaldodur. 

Şərhlər