Bakı-2015: Taekvondo yığmamız Avropanın ən güclüsüdür - Cədvəl
19.06.2015 23:08 Sport reaksiya 2214
Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışları başa çatıb. Apasport.az saytının məlumatına görə, dörd gün ərzində 8 dəst medal öz sahibini tapıb.
Qeyri-rəsmi komanda hesabında Azərbaycan yığması yarışa qatılan bütün rəqiblərini qabaqlayaraq, Avropa Oyunlarının ən yaxşısı adını yiyələnib. Hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc olan millimiz mükafat qazanan 13 ölkə arasında ən yaxşı nəticə göstərib.
İkinci sırada Böyük Britaniya millisi qərarlaşıb. Onlar 3 medal qazansalar da, əyarına görə digər komandaları arxada qoyublar. Azərbaycan yığması ilə eyni sayda medal qazanan və 3 dəfə finalda üz-üzə gəlib, yalnız birində uduzduğumuz Rusiya siyahıda ilk “üçlüyü” qapayır. Ümumilikdə isə medal qazanan 13 ölkədən yalnız 5-i çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, taekvondoçularımızdan Ayxan Tağızadə (68 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) Avropa Oyunlarını çempion kimi başa vurublar. Yalnız finalda uduzan Fəridə Əzizova (67 kq) 2-ci yeri tutduğu halda, Patimat Abakarova (49 kq) “bürünc”lə kifayətlənib.
1 |
Azərbaycan |
3 |
1 |
1 |
5 |
2 |
Böyük Britaniya |
2 |
0 |
1 |
3 |
3 |
Rusiya |
1 |
2 |
2 |
5 |
4 |
Portuqaliya |
1 |
0 |
1 |
2 |
5 |
Fransa |
1 |
0 |
0 |
1 |
6 |
Serbiya |
0 |
2 |
0 |
2 |
7-8 |
Xorvatiya |
0 |
1 |
3 |
4 |
|
İspaniya |
0 |
1 |
3 |
4 |
9 |
Polşa |
0 |
1 |
0 |
1 |
10 |
İsveç |
0 |
0 |
2 |
2 |
11-13 |
Türkiyə |
0 |
0 |
1 |
1 |
|
Almaniya |
0 |
0 |
1 |
1 |
|
Belçika |
0 |
0 |
1 |
1 |
Şərhlər