Bu gün fəxri kürsüyə yüksələnlər - Siyahı

19.06.2015 23:19     Sport reaksiya     2248

Bakı-2015 I Avropa Oyunlarının VIII günündə 11 dəst medalın sahibi məlum olub. Apasport.az saytının məlumatına görə, 6 idman növündə bəzi medalçıların adlarına aydınlıq gəlib.

Belə ki, taekvondo, akrobika gimnastikası, bədii gimnastika, atıcılıq, stolüstü tennis və suya tullanma yarışlarında ilk “üçlük”lər medallarına sahib olublar.

Azərbaycan Oyunların VIII günündə 1 medal qazanıb. Onun da əyarı qızıl olub. Belə ki, taekvondo yarışının son günündə +80 kq çəki dərəcəsində iştirak edən Radik İsayev bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün qeydə alınan nəticələrdən sonra Azərbaycan yarışda qazandığı medalların sayını 30-a çatdırıb.

Bununla I Avropa Oyunlarında ümumilikdə 98 dəst medal öz sahibini tapıb.

 

Taekvondo

Kişilər

+80 kq

1. Radik İsayev (Azərbaycan)

2. Vladislav Larin (Rusiya)

3. Qoleç Vedran (Xorvatiya)

3. Daniel Qomes Ros (İspaniya)

 

Qadınlar

+67 kq

1. Qvladis Epanque (Fransa)

2. Milika Mandiç (Serbiya)

3. Olqa İvanova (Rusiya)

3. İva Radoş (Xorvatiya)

 

 

Akrobatika gimnastikası

Qadınlar

Qrup – çoxnövçülük

1. Belçika

2. Rusiya

3. Belarus

 

Qarışıq cütlük – çoxnövçülük

1. Marina Çernova/Georgi Pataraya (Rusiya)

2. Yana Vastavel/Solano Kassamayor (Belçika)

3. Hanna Boqin/Rayan Bartlett (Böyük Britaniya)

 

 

Bədii gimnastika

Fərdi çoxnövçülük

1. Yana Kudryavtseva (Rusiya)

2. Marqarita Mamun (Rusiya)

3. Melitina Staniuta (Belarus)

 

 

Atıcılıq

Kişilər

Qoşa səngər stendi

1. Vitali Fokeyev (Rusiya)

2. Riçard Boqnar (Macarıstan)

3. Antonino Barilla (İtaliya)

Qadınlar

50 metrdən 3 vəziyyətdə tüfənglə atəş

1. Petra Zublasinq (İtaliya)

2. Lorens Brize (Fransa)

3. Olivia Hofmann (Avstriya)

 

 

Stolüstü tennis

Kişilər

Təklər

1. Dmitri Ovçarov (Almaniya)

2. Vladirmi Samsonov (Belarus)

3. Li Ku (Ukrayna)

 

Qadınlar

Təklər

1. Jao Li (Hollandiya)

2. Ji Li (Hollandiya)

3. Mələk Hu (Türkiyə)

 

Suyatullanma

Kişilər

3m sinxron tramplinlər

1. Ilia Molçanov/Nikita Nikolayev (Rusiya)

2. Ceyms Hitli/Ross Haslam (Böyük Britaniya)

3. Fritjof Seydel/Niko Hersoq (Almaniya)

 

Qadınlar

1m tramplin

1. Luis Tulson (Böyük Britaniya)

2. Anna Çuynişena (Rusiya)

3. Elena Vassen (Almaniya)

 

Şərhlər