Xorvatiyanın oyunu azərbaycanlı hakimlərə tapşırıldı
03.11.2015 15:30 Sport reaksiya 2154
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda noyabrın 11-də keçiriləcək Xorvatiya – San Marino oyununu Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Reaksiya.az xəbər verir ki, onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev olacaq.
Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Şərhlər