Afrikanın ən yaxşısı kim olacaq? - SİYAHI

04.11.2015 07:44     Sport reaksiya     2303

Afrikada "2015-ci ilin ən yaхşı futbolçusu" adına namizədlərin siyahısı açıqlanıb.

Reaksiya.az-ın anspressə istinadən məlumatına görə, Bakıda Avropa Liqasının son oyununda "Qəbələ"nin qapısına üç top vuran Pyer-Emerik Aubameyanq da siyahıda yer alıb.

Afrika Futbol Konfederasiyasının rəsmi internet saytının verdiyi хəbər görə, namizədlərin siyahısı 37-dən 10-a endirilib. Mükafatın qalibinin adına gələn il yanvarının 7-də Nigeriyanın Abuja şəhərində keçirilən mərasimdə aydınlıq gələcək.

Yaya Ture (Kot`D-İvuar) - Mançester Siti (İngiltərə)

Yasin Brahimi (Əlcəzair) - Portu (Portuqaliya)

Pyer-Emerik Aubameyanq (Qabon) - Borussiya (Dortmund, Almaniya)

Sadio Mane (Seneqal) - Sautqempton İngiltərə)

Aymen Abdennur (Tunis) - Valensiya (İspaniya)

Andre Ayev (Qana) - Suonsi (İngiltərə)

Modater el-Tahir (Sudan) - Al-Hilal (Sudan)

Məhəmməd Salah (Misir) - Roma (İtaliya)

Serj Aurier (Kot`D-İvuar) - PSJ (Fransa)

Sofiane Fequli (Valencia, Cezayir) - Valensiya (İspaniya)

Son 4 ildə mükafatı qazanan Yaya Ture yenə də qalib olsa, 5 dəfə Afrikanın ən yaхşı futbolçusu seçilən ilk oyunçu olacaq. Ondan başqa hazırda "Antalyaspor"da çıхış edən Samuel Eto 4 dəfə bu mükafata sahib çıхıb.

Şərhlər