Məşhur futbolçu həbs edildi

04.11.2015 14:51     Sport reaksiya     2135

Fransa polisi yığma komandanın hücumçusu Kərim Benzemanı həbs edib.

Reaksiya.az Apasport-a istinadən xəbər verir ki, Madrid “Real”ının forvardı "Lion"un şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.

Benzema millidə çiyin-çiyinə çıxış etdiyi Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilir. Ulduz futbolçu polis şöbəsində dindiriləcək.

Qeyd edək ki, yerli polis eyni səbəbdən oktyabrın 13-də Fransa millisinin digər hücumçusu Cibrill Sisse və adları açıqlanmayan daha 3 nəfəri həbs etmişdi. Lakin şantaj məsələsində Sissenin rolu az olduğundan, o, tezliklə sərbəst buraxılmışdı.

Şərhlər

Çox oxunanlar