“Hər iki komandanın qələbəsinə pul qoymaq olar”
05.11.2015 03:05 Sport reaksiya 1920
“Rəqibin əsasən orta xətt oyunçuları güclüdür. Sabahkı oyunda da dəyişiklik olacağını gözləmirəm”.
Reaksiya.az xəbər verir ki, bu sözləri “Monako”nun baş məşqçisi Leonardo Jardim Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçirilən oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
- Bukmeker kontorlarına pul qoymalı olsanız, hansı komandanın qələbəsini yazardınız?
- Mən belə işlərlə məşğul olmuram. Hər iki komandanın qələbəsinə pul qoymaq olar. Ancaq indidən nəsə demək olmaz. Biz qrupda yerimizi qorumaq üçün qələbə qazanmalıyıq.
- Hiss olunur ki, “Qarabağ”dan çəkinirsiniz. Məğlub olacağınızdan ehtiyatlanırsınızmı?
- “Qarabağ”ın “Yanq Boyz”la oyunu izləmişik. Bilirik ki, güclü rəqibə qarşı oynayacağıq. Ancaq biz də meydana qələbə üçün çıxacağıq.
Şərhlər